AZ

Rusiyanın Kiyevə növbəti hücumu zamanı azı 6 nəfər dinc sakin həlak olub

Bakı, 31 iyul, AZƏRTAC

Ukrayna rəsmiləri cümə axşamı, iyulun 31-də bildiriblər ki, Rusiya Kiyevə raket və pilotsuz uçuş aparatları ilə hücum edib, nəticədə bir uşaq da daxil olmaqla azı altı nəfər ölüb, onlarla dinc sakin yaralanıb. Həlak olanlar arasında 6 yaşlı bir uşaq da var.

AZƏRTAC Ukrayna mediasına istinadla xəbər verir ki, şəhərin hərbi inzibatçısı Timur Tkaçenkonun sözlərinə görə, iyulun 31-nə keçən gecə baş verən hücum Ukrayna paytaxtının dörd rayonunda 27 mülki obyektə ziyan vurub.

Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə Rusiya ordusunun hücumunun fəsadlarını göstərən videomaterial paylaşıb.

“Kiyevdə dəhşətli səhər çağıdır. Rusiyanın amansız zərbələri bütün yaşayış binalarını dağıdıb, məktəblərə və xəstəxanalara ziyan vurub”, -deyə “X” sosial platformasında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa dağıdılmış mənzillər blokunun şəkli fonunda yazıb.

Mülki əhalini hədəf aldığını inkar edən Rusiya son aylarda cəbhə xəttindən uzaqda yerləşən Ukrayna şəhərlərinə hava zərbələrini artırıb.

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarından məyus olduğunu bildirərək bu həftə Vladimir Putinin sülh bağlaması üçün ayırdığı müddəti qısaldıb. Andrey Sibiqa bununla bağlı qeyd edib: “Prezident Tramp Putinə qarşı çox səxavətli və çox səbirli olub, həll yolu tapmağa çalışıb”.

Seçilən
10
32
azertag.az

10Mənbələr