ABŞ Maliyyə Nazirliyi İranla əlaqəsi olan 115-dən çox şəxsə, quruma və gəmilərə qarşı yeni sanksiyalar tətbiq edib.
Publika.az yerli mətbuata istinadla xəbər verir ki, sözügedən sanksiyalar 2018-ci ildən bəri İrana qarşı tətbiq edilən ən əhəmiyyətli sanksiyalar kimi təsvir edilib.
Məlumata görə, sanksiyaların əsas hədəfi İranın Ali rəhbərinin siyasi müşaviri Əli Şamxaninin oğlu Məhəmməd Hüseyn Şəmxaninin nəzarətində olan neft tankerləri və yük gəmiləri şəbəkəsidir: "Bu şəbəkə neft və neft məhsulları, eləcə də digər yüklərin İrandan və Rusiyadan alıcılara daşınması ilə on milyardlarla dollar qazanc əldə edir".
ABŞ-ın maliyyə naziri Skott Bessentin sözlərinə görə, bu hərəkətlər Tehranın ABŞ təhlükəsizliyini təhdid etdiyi bir mühitdə rejim elitalarını hədəf alaraq ölkənin maraqlarını prioritetləşdirir: