AZ

Kanada sentyabrda BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacaq

Kanadanın baş naziri Mark Karni sentyabrda BMT Baş Assambleyasında Fələstin dövlətini tanımaq planlarını açıqlayıb.

Bəyanatın mətnində göstərilir ki, Fələstinin tanınması Fələstin Milli Administrasiyasının zəruri islahatlara sadiqliyi, o cümlədən Fələstin Prezidenti Mahmud Abbasın “idarəetmə sistemində köklü islahatlar aparmaq, 2026-cı ildə HƏMAS hərəkatının iştirak edə bilməyəcəyi ümumi seçkilər keçirmək” öhdəliyi ilə diktə edilir.

Bundan əlavə, cənab Karni bir daha HƏMAS-ı 7 oktyabr 2023-cü il hücumu nəticəsində götürülmüş girovları azad etməyə çağırıb və hərəkatın “Fələstinin idarə olunmasında heç bir rol oynamaması lazım olduğunu” vurğulayıb.

Bundan əvvəl “The Times” Britaniyanın baş naziri Kir Starmerin Fələstini tanımaq planı hazırladığını və bu planın hələ bu həftə təqdim oluna biləcəyini yazıb. Ötən həftə Fransa prezidenti Emmanuel Makron Fələstinin tanınmasının lehinə çıxış edib.

Əziz MUSTAFA

Seçilən
23
oxumeni.az

1Mənbələr