AZ

Azərbaycanda 5 sığorta şirkətinin ödənişləri 10 milyon manatı ötüb

2025-ci ilin ilk yarımilində sığorta şirkətləri müştərilərinə ümumilikdə 432,2 milyon manat ödəniş edib.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

"Paşa Həyat Sığorta" 263,6 milyon manatlıq ödənişlə bütün bazar ödənişlərinin 61%-ni təkbaşına reallaşdırıb. İkinci yerdəki "Paşa Sığorta" isə 64,9 milyon manatlıq ödənişlə bazarın 15%-lik payına sahibdir. Beləliklə, bu iki şirkət birlikdə ümumi ödənişlərin 76%-ni həyata keçirib, qalan 14 şirkətin payına isə cəmi 24% düşüb.

İlk beşliyi "Atəşgah Həyat" (32,4 milyon manat), "Atəşgah" (19,5 milyon manat) və "Qala Sığorta" (12,6 milyon manat) tamamlayır.


Seçilən
18
fed.az

1Mənbələr