AZ

Azərbaycanın pambıq ixracından qazancı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan 98.6 mln. ABŞ dolları dəyərində pambıq ixrac edib. Bu, illik müqayisədə 18.2 milyon dollar və ya 15.6% azdır. 

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Bildirilib ki, 2024-cü ilin ilk 6 ayında ayında pambıq ixracının ümumi dəyəri 116.8 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında  Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9.9% artaraq 1,8 milyard  ABŞ dolları təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
12
1
banco.az

10Mənbələr