AZ

Sərnişin təyyarəsi burulğana düşüb, yaralılar var

Sərnişin

Yutadan Amsterdama uçan “Delta Hava Yolları”na məxsus təyyarə şiddətli burulğan səbəbindən Minnesota ştatında təcili eniş etmək məcburiyyətində qalıb.

Reyting.az
xəbər verir ki, 25 sərnişin xəsarət alıb və onlara təcili tibbi yardım göstərilib.

Qeyd edilir ki, təyyarədə 275 sərnişin və 13 ekipaj üzvü olub. Təyyarə Yuta ştatının Solt Leyk Siti şəhərindən Amsterdama uçmalı imiş. Aviaşirkət, təyyarənin Minnesota ştatındakı Minneapolis-Saint Paul Beynəlxalq Hava Limanında “şiddətli turbulentlik” səbəbindən təcili eniş etmək məcburiyyətində qaldığını açıqlayıb.

V. QULİYEV
Seçilən
35
reyting.az

1Mənbələr