AZ

Yanacaq qiymətlərinə etirazlarda ölənlərin sayı ARTIB

Yazını böyüt
Yazını kiçilt

Anqolada yanacaq qiymətlərinin bahalaşmasına qarşı davam edən etirazlar fonunda meydana gələn küçə iğtişaşlarında ölənlərin sayı 22 nəfərə çatıb, yüzlərlə insan yaralanıb.

Hafta.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Polis qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmalarla əlaqədar 1200-dən çox aksiya iştirakçısının saxlanıldığı bildirilir.

Qeyd edək ki, ölkədə vəziyyət taksi sürücülərinin iyulun 1-dən etibarən yanacaq qiymətlərinin bahalaşmasına etiraz olaraq tətilə çıxmasından sonra başlayıb.

Seçilən
19
hafta.az

1Mənbələr