AZ

Qızıla təlabat kəskin artıb: Qlobal bazarda nə baş verir?

Dünya Qızıl Şurası (WGC) birjadankənar ticarət də daxil olmaqla qızıla qlobal tələbatın ötən ilin ikinci rübü ilə müqayisədə 3% artaraq 1248,8 metrik ton təşkil etdiyini bildirib...

Poliqon xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Eyni zamanda, qiymətli metala investisiyalar 75% yüksəlib.

Qeyd edilir ki, aprel ayında bir unsiya üçün rekord həddə - 3,5 min dollara çatdıqdan sonra spot qızıl qiymətləri ilin əvvəlindən 26% artıb, qeyri-müəyyən qlobal ticarət siyasəti və geosiyasi turbulentlik vəsaitlərin təhlükəsiz aktivlərə daxil olmasına səbəb olub.

WGC-nin məlumatına görə, ikinci rübdə qızıl külçələrinə tələbat 21% artaraq qızıl sikkələrə olan tələbatın davamlı azalmasının qarşısını alıb.

Bundan əlavə, fiziki şəxslər arasında tələbatın əsas kateqoriyası olan qızıl zinət əşyalarına qlobal tələbat 14% azalaraq 341 tona düşüb ki, bu da 2020-ci ilin üçüncü rübündən bəri ən aşağı səviyyədir.

Şura əlavə edib ki, bu azalmanın əhəmiyyətli hissəsi Çin və Hindistanın ümumi bazar payı son beş ildə üçüncü dəfə 50%-dən aşağı düşüb.

Qızıl tələbinin digər mühüm mənbəyi olan mərkəzi banklar ikinci rübdə qiymətli metal alışlarını 21% azaldaraq 166,5 tona çatdırıblar.

Poliqon.info

Seçilən
31
poliqon.info

1Mənbələr