AZ

"İpək Yolu Sığorta" 6 ayda cəmi 1,32 milyon manat yığım əldə edib

 "İpək Yolu Sığorta"nını yığımlar üzrə itkiləri artmaqda davam edir. 2025-ci ilin ilk yarısında sığorta şirkəti cəmi 1,32 milyon manat yığım əldə edib ki, bu da 2024-cü ilin eyni dövrünə nisbətən 15% azdır. 

Valyuta.az-ın hesablamasına görə son bir ildə “İpək Yolu Sığorta”nın yığımları 227 min manat azalıb. 2024-cü ilin ilk yarısında şirkət 1,55 milyon manat sığorta haqqı toplaya bilmişdi. 
Bu dövrdə "İpək Yolu Sığorta"nın ödənişləri isə 89% azalaraq 27 min manata enib. Əvvəlki ildə bu rəqəm 236 min manat təşkil edib. 

Sığorta şirkətinin zərərliliyi son bir ildə 15%-dən 2%-ə enib. 

Qeyd edək ki, əsasən hava nəqliyyatının sığortası üzrə ixtisaslaşan "İpək Yolu Sığorta"nın təyyarə sığortası üzrə portfelinin böyük hissəsi ötən il “PAŞA Sığorta”ya ötürülüb. Bu isə şirkətin biznes göstəricilərinə mənfi təsir edib. 

Xatırladaq ki, "İpək Yolu Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,53%-i “ASG Business Aviation” MMC-yə, 3,47 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Nara

Seçilən
19
valyuta.az

1Mənbələr