Suriya və İsrail rəsmiləri Bakıda təhlükəsizlik danışıqları aparacaq.
Missiya.Az xəbər verir ki, bu barədə “AFP” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani və İsrailin strateji işlər naziri Ron Dermer sabah Bakıda ikinci dəfə görüşəcəklər.
Qeyd olunub ki, görüşdə əsas müzakirə mövzusu Suriyanın cənubundakı təhlükəsizlik vəziyyəti olacaq.
Məlumata görə, tərəflər ilk dəfə ötən həftə Parisdə, ABŞ-nin vasitəçiliyi ilə bir araya gəliblər. Həmin görüşdə 1974-cü il atəşkəs razılaşmasının bərpası və Süveyda vilayətindəki gərginliyin azaldılması yolları müzakirə edilib.
Daşqın HəsənovMissiya.Az