AZ

Azərbaycan Universiteti ali təhsil müəssisələrinin sərgisində təmsil olunur - FOTOLAR

Azərbaycan Universiteti Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə mərkəzin elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50) keçirilən ali təhsil müəssisələrinin sərgisində təmsil olunur. Universitetin stendi 4-cü mərtəbədə yerləşir. 

Azərbaycan Universitetinin nümayəndələri stendə müraciət edən abituriyentlər, valideynlər və digər iştirakçılara qəbul aparılan ixtisaslar, keçid balları, maddi-texniki baza, təqaüdlər, güzəştlər, beynəlxalq əməkdaşlıq, tələbələr üçün yaradılan imkanlar və onları maraqlandıran digər məsələlərlə bağlı ətraflı məlumat verir, sualları cavablandırırlar. 

Sərgidə, həmçinin 3-cü mərtəbədəki 305 nömrəli otaqda Azərbaycan Universiteti haqqında təqdimat da nümayiş olunur. Təqdimat hər gün saat 11.00-da başlayır.

Ölkədə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsinin, o cümlədən müxtəlif qurumların iştirak etdiyi sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

30 iyulda start götürən sərgi avqustun 1-dək davam edəcək. Sərgidə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər. https://portal.dim.gov.az/sergi/   
 

Seçilən
11
6
sabahinfo.az

10Mənbələr