AZ

“Faydalı” hesab etdiyimiz qidalar uşaqlara necə zərər vurur?

Uşaqların qidalanması ilə bağlı valideynlərin doğru bildiyi bir sıra yanlışlar onların sağlamlığına mənfi təsir göstərə bilər.

Qida mütəxəssisi Ağa Salamov mövzu ilə bağlı AzEdu.az-a bildirib ki, bəzi illərlə qəbul olunmuş bişirmə üsulları və qidalar uşaqlar üçün təhlükə mənbəyidir.

165262Toyuğun buzunu səhərə qədər açmaq təhlükəlidir

“Valideynlərin doğru bildiyi yanlışlıqlardan biri odur ki, toyuğu axşamdan çıxarıb səhərə qədər buzunu açıb bişirirlər. Bu isə düzgün deyil. Çünki səhərə qədər otaq temperaturunda qalan toyuqda patogen-bakteriya yükü artır, xüsusilə salmonella bakteriyası aktivləşir. Nəticədə qida zəhərlənməsi baş verə bilər”.

Dondurma seçərkən bu detala diqqət edin

“Uşaqlar üçün alınan dondurmalar da təhlükə mənbəyi ola bilər. Dondurma seçərkən qablaşdırmanın deformasiyaya uğramamış olmasına diqqət edilməlidir. Ərimiş və sonradan yenidən dondurulmuş dondurmalar, adətən, içərisində buz kristalları ilə özünü biruzə verir. Əgər qablaşdırma əzilibsə və ya əlinizlə toxunduqda dondurmada yumşaqlıq hiss olunursa, bu dondurmanı almaq məsləhət deyil”.

Fast-food deyil, tərəvəz püresi

“Trans yağda bişmiş kartof püreləri və xırçıltılı krispilər uşaqlar üçün son dərəcə zərərlidir. Halbuki kartof püresi, kök püresi, brokkoli püresi, gül kələmi püresi, alma püresi kimi sağlam alternativlər mövcuddur. Mövsümi meyvə və tərəvəzlərdən hazırlanmış pürelər uşaqlar üçün daha faydalıdır. Mən fast-food dedikdə toyuq nuggetsi, şnitzel, fish & chips, dərin yağda qızardılmış, suxarilərə batırılmış məhsulları nəzərdə tuturam. Bunlar uşağın orqanizminə ciddi mənfi təsir göstərir”.

Şirə deyil, püre verin

“Valideynlər bəzən düşünür ki, meyvə şirəsi uşaqlar üçün faydalıdır. Amma məsələn, kök şirəsi liflərdən ayrıldığı üçün mədədə həzm olunmur və qida intoleransına səbəb ola bilər. Bu da şişkinlik, diskomfort və digər mədə-bağırsaq problemləri yaradır. Mən həkim deyiləm, amma mütəxəssis kimi deyə bilərəm ki, kök və alma kimi meyvələr uşaqlara şirə kimi deyil, püresi və ya rəndələnmiş formada verilməlidir. Şirə çəkiləndə kənara atdığımız o "zibil" əslində lifdir və bağırsaq florası üçün çox vacibdir”.

Seçilən
32
azedu.az

1Mənbələr