AZ

ABŞ-də F-35 qırıcı təyyarəsi qəzaya uğrayıb

ABŞ-də
ABŞ-nin Kaliforniya ştatında Hərbi Dəniz Qüvvələrinə məxsus F-35 tipli qırıcı təyyarə qəzaya uğrayıb. 1news.az CNN-ə istinadən xəbər verir ki, qəza yerli vaxtla saat 18:30 radələrində Kaliforniyada yerləşən Lemoore Hərbi Dəniz Hava Bazası yaxınlığında baş verib.
Məlumata görə, pilot fırlatma sistemi vasitəsilə təyyarəni vaxtında tərk edərək sağ qalıb. Hadisə ilə bağlı araşdırma başladılıb. Qəzaya uğrayan təyyarənin pilot və ekipaj heyətinin hazırlığı ilə məşğul olan “Strike Fighter Squadron VF-125” eskadronuna məxsus olduğu qeyd olunub. Hadisə yerindən yayılan görüntülərdə qırıcı təyyarənin düşdüyü ərazidə güclü yanğın və qalın tüstü müşahidə edilib.

Xatırladaq ki, bu il yanvar ayında da Alyaska ştatında F-35 tipli təyyarə qəzaya uğramış, həmin hadisədə də pilotun sağ qaldığı bildirilmişdi.

Seçilən
7
1news.az

1Mənbələr