AZ

Azərbaycan plastmassa idxalına çəkdiyi xərci 9% artırıb

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycana 149,1 min tonplastmassa və onlardan hazırlanan məmulatlar idxal edilib.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu idxala çəkilənxərcin həcmi 274,9 milyon ABŞ dolları təşkil edib.

Plastmassa və onlardan hazırlanan məmulatların idxalı ötən ilineyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 7,1 min ton və ya 5%,dəyər ifadəsi ilə 22,5 milyon ABŞ dolları, yaxud da 8,9% artıb.

Belə ki, ötən ilin birinci yarısında Azərbaycana 142 min tonmiqdarında, 252,4 milyon ABŞ dolları dəyərində plastmassa vəonlardan hazırlanan məmulatlar idxal edilmişdi.

Bu məhsulların idxalı cari ilin ilk altı ayı üzrə idxalın2,39%-ini təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanxarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın,11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.

Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3dəfə azdır.

Seçilən
10
az.trend.az

1Mənbələr