AZ

Metroda 67 yaşlı kişinin başına oyun açdılar - GÖRÜNTÜLƏR

İstanbulun Beyoğlu rayonunda yerləşən Taksim metro stansiyasında yaşanan soyğunçuluq hadisəsi şəhərdə böyük narahatlıq yaradıb.

Referans xəbər verir ki, 67 yaşlı bir kişi metroya enərkən iki nəfər gənc tərəfindən izlənilib və qəddarcasına hücuma məruz qalıb.

Hadisə 30 iyul səhəri Taksim metrosunda baş verib. 67 yaşlı kişi eskalator ilə metroya daxil olarkən, 17 və 24 yaşlarında olan iki gənc onu izləməyə başlayıb. Metro stansiyasının nisbətən sakit vaxtından istifadə edən quldurlar yaşlı kişinin qarşısını kəsərək pul və əşyalarını tələb ediblər.

Müqavimət göstərməyə çalışan yaşlı kişini şübhəlilərdən biri boğub, digəri isə onun ciblərini axtararaq mobil telefonunu və bank kartlarını ələ keçirib. Hadisə zamanı yaşlı kişinin nəfəsi kəsilib və ciddi həyati təhlükə ilə üzləşib.

Hadisədən sonra şübhəlilər ərazidən qaçmağa cəhd etsələr də, həmin vaxt yaxınlıqda patrul xidmətində olan təhlükəsizlik qüvvələri yaşlı kişinin kömək çağırışını eşidib. Qısa müddətli axtarış və təqib nəticəsində hər iki şübhəli yeraltı keçidlərdən birində yaxalanaraq nəzarətə alınıb.

Polis hadisə ilə bağlı cinayət işi açıb və soyğunçuların digər mümkün əməllərinin araşdırıldığını bildirib. Yaşlı kişinin vəziyyətinin stabilləşdiyi və hadisə yerində ilkin tibbi müdaxilənin göstərildiyi qeyd olunur.( Musavat.com)

Musavat.com

Taksim

Taksim

Taksim


Seçilən
61
referans.az

1Mənbələr