Bakı. Trend:
Dünya qlobal yenidənqurma astanasında tarazlıq axtararkən,Avropa diplomatiyası öz ziddiyyətləri içində boğularkən, Fransa -sanki Üçüncü Respublika dövrünün müstəmləkəçi xəyallarında ilişibqalmış kimi - yenidən "rol almaq" fikrinə düşüb. Və bu dəfə -coğrafiyasını ancaq Jül Vern xəritələrindən tanıdığı CənubiQafqazda.
Fransa Milli Assambleyasının (ölkə parlamentinin aşağı palatası,- red.) bir qrup qatı ermənrpərəst deputatı təklif etdiyi qətnamədəParis rəsmi şəkildə Ermənistanı Azərbaycanla sülh prosesindədəstəkləməyə, onunla strateji tərəfdaşlıq bağlamağa və Bakıdasaxlanılan - Xankəndidə sabiq separatçı-terrorçu xuntanın keçmişrəhbərləri olan - erməni məhbusların azad edilməsinə çalışmağaçağırılır.
Qətnamənin izahatında iddia olunur ki, guya Ermənistan 2023-cüilin payız hadisələrindən sonra “səmimi şəkildə sülhə can atır”,Azərbaycan isə keçmiş "arsax" başçılarını hüquqi prosedurlarsızsaxlayaraq, Cenevrə Konvensiyasını pozur. Sənəddə vurğulanır ki,Fransa “tarixi rol oynamalıdır” - Bakıya təzyiqləri artırmalı,İrəvanla strateji əməkdaşlığı təşviq etməli və erməni məhbuslarındərhal azad olunması üçün çağırış etməlidir.
Deputatlar həmçinin, Fransanın və bütövlükdə Avropa İttifaqınınErmənistana siyasi, iqtisadi, hərbi və humanitar dəstəyiartırmasını tələb edirlər. Onlar Azərbaycanı “Ermənistanınmövcudluğunu inkar siyasəti”ndə ittiham edir, azad edilmişərazilərdə guya erməni mədəni irsinin “məhv edilməsinin davametdiyini” iddia edirlər.
Qətnamə hüquqi baxımdan məcburi xarakter daşımır, lakinFransanın siyasi elitasının bir hissəsinin Ermənistana açıqlobbiçilik və Cənubi Qafqaz işlərinə "humanitar bəhanə" iləmüdaxilə kursunu nümayiş etdirir.
Fransa Milli Assambleyasının deputatlarının bu təşəbbüsü sadəcəErmənistana ünvanlanmış siyasi jest deyil. Bu, Fransa xaricisiyasətinə çoxdan xas olan ikiüzlülüyün, neo-müstəmləkəçiliyin vətəkəbbürlü qərəzin aşkar ifadəsidir.
“Fransanın tarixi rol oynamaq zərurəti” haqqında pafoslu bəndXIX əsr teatr pyeslərindəki kobud monoloqları xatırladır,diplomatik təşəbbüs yox. Afrika, Yaxın Şərq və hətta öz dənizaşırıərazilərində ardıcıl şəkildə nüfuzunu itirən Paris, indi qəfilCənubi Qafqazda “sülh zəmanətçisi” obrazına girib. Özü isə daxildənə etiraz aksiyalarını, nə də ictimai parçalanmanı cilovlayabilmir.
Sənədin mahiyyəti isə sülhyaratma deyil. Bu, humanitar ritorikailə örtülmüş təzyiq alətidir - birbaşa Azərbaycana qarşı yönəlib.Deputatların arasında tanınmış ermənipərəst lobbiçilər də var.Onlar Ermənistana “strateji tərəfdaşlıq” təklif edir, Bakını“mövcudluğu inkar siyasəti”ndə günahlandırır və separatçı rejiminkeçmiş liderlərinin azad olunmasını tələb edirlər. Görünür,Fransanın siyasi lüğətində separatizmə qarşı mübarizə ancaq özmaraqları ilə ziddiyyət təşkil etdikdə cinayət sayılır.
Fəqət daha böyük paradoks budur: Fransa özü daxilində - Korsikavə ya Yeni Kaledoniyada - milli birliyə yönəlmiş istəniləntəşəbbüsü qadağan edir, "separatizm" adlandırdığı milli-azadlıqmübarizəsinin istənilən formasını ağır repressiyalarla boğur. AmmaAzərbaycan söz mövzusu olanda birdən-birə “demokratiya və hüquq”dandanışmağa başlayır. Beynəlxalq hüquqa açıq hörmətsizlik? Bəli.İkiqat standartların növbəti nümunəsi? Heç bir şübhə yoxdur.
Fransız siyasi elitası uzun illərdir ki, zamanında regionlarahökm edə bildikləri illərə nostalji ilə yanaşır. Bu səbəbdənErmənistan onların gözündə demək olar ki, müqəddəs status qazanıb.Amma bu münasibət nə faktlara, nə beynəlxalq hüquqa, nə də realmaraqlar balansına söykənir.
“Barışa can atan Ermənistan” obrazı xüsusilə gülünc görünür -silahlanmanın artdığı, minalanmış sahələrin səhih xəritələrinintəqdim olunmadığı, erməni mediasında revanşist ritorikanın açıqşəkildə səsləndiyi bir vaxtda. Üstəlik, buradakı ikiüzlülük insanıdəhşətə gətirir: Fransa separatizm ittihamı ilə həbs edilənlərinazad olunmasını tələb edir, amma özündə - məsələn, islamçılarıdəstəkləyən tvitə və ya “Indépendance Kanaky” bayrağına görəadamları məhkəməsiz həbs edir.
Qarabağlı ermənilərin separatçı-terrorçu xuntasının sabiqliderlərini “vicdan məhbusları” kimi təqdim etmək - sadəcə siyasimanipulyasiya deyil. Bu, separatizmi leqitim siyasi alət kimitəqdim etmək cəhdidir. Sual yaranır: sabah Marseldə silahlı birqrup şəhəri “müstəqil ərazi” elan etsə, Paris onları da müdafiəetməyə qalxacaqmı?
Fransız deputatlarının məzkur təşəbbüsünün təməlində seçməhumanizm modeli durur. Fransa nüfuz dairəsinə aid olmayan ölkələrdəistənilən həbsi “siyasi repressiya” adlandırır. Amma öz daxilindəbunu “ictimai təhlükəsizliyin qorunması” kimi təqdim edir. Busiyasi şizofreniya dəfələrlə ikili standartlara səbəb olub.
Fransada “sarı jiletlər” zorla dağıdılır, kilsə əleyhinəfikirlərə görə insanlar həbs olunur, məhkəməsiz şəkildə məscidlərbağlanır. Bütün bunlar isə “respublika dəyərlərinin qorunması” kimitəqdim olunur. Amma Azərbaycanda konstitusion nizamın bərpası -“cinayət” sayılır. Fransa separatizmə qarşı mübarizəyə görə Bakınıittiham edir, amma eyni zamanda Yeni Kaledoniyada müstəqilliktərəfdarlarına qarşı ordu yeridir, sərt repressiyalar həyatakeçirir.
Bu - artıq absurd yox, Fransa üçün norma halını almış birriyakarlıqdır.
Unutmayaq: sənəd Fransa hökumətindən deyil, ayrı-ayrıdeputatlardan qaynaqlanır. Onlar - erməni lobbi forumlarının daimiiştirakçıları, Ermənistanın "faciəsi" və revanş arzusu üzərindənsiyasi kapital toplayan aktivistlərdir. Çağırışlarla təkliflərhüquqi qüvvəyə malik olmasa da, təzyiq və niyyətlərin nümayişi üçüngüclü vasitədir. Bu - sadəcə rəmzi sənəd deyil, siyasi müraciətdir.Ona yalnız Azərbaycan deyil, beynəlxalq hüququ ikili standartlarınaləti yox, universal mexanizm kimi qəbul edən hər kəs cavabverməlidir.
Bugünkü Azərbaycan - başqalarının diktəsini dinləyən, postsovetdövrün "kiçik dövləti" deyil. Bu, artan nüfuzu, enerji resurslarıvə prinsipial mövqeyi ilə regional və subregional gücdür. Fransalıdeputatların qətnamə layihəsi beynəlxalq siyasətdə qalan son təsirimkanlarını nümayiş etdirməyə cəhdləridir. Amma Azərbaycan cavabverməyi bacarır - sözlə deyil, əməli addımlarla.
Dünyada heç bir dövlət Azərbaycanı öz ərazisində kimə və hansıcinayətə görə hökm çıxarmaq məsələsində sorğulaya bilməz.Qarabağdakı sabiq separatçı-terrorçu xuntanın keçmiş rəhbərlərinəqarşı cinayət işləri - “intiqam siyasəti” yox, qanunun aliliyi vəicrasıdır. Onlar sadəcə “keçmiş məmurlar” deyil - etniktəmizləmələrə, qanunsuz silahlandırmaya, azərbaycanlı əhaliyə qarşıtəqiblərə, dağıdılmış şəhərlərə görə məsuliyyət daşıyanşəxslərdir.
Onların azad olunması çağırışları - humanizm deyil. Bu,şəhidlərin xatirəsinə, ədalətə, dövlət suverenliyinə, habeləbeynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlikdir.Azərbaycan terrorda və kütləvi qətllərdə şübhəli bilinənləri azadetmir, ədalətlə sövdələşmir. Parisdə bu çağırışlar nə qədərsəslənsə, bir o qədər aydın olur: Fransa artıq ədalət haqqındadanışmaq mənəvi haqqını itirib.
Avropa Rusiyadan qaz asılılığını azaltmağa çalışdığı bir dövrdə,Azərbaycan əsas təchizatçılardan birinə çevrilir. Cənub Qaz Dəhlizi- sadəcə boru deyil, təminat və təhlükəsizlik vasitəsidir. ƏgərParis “siyasi sanksiyalar oyunu”na başlayarsa, Bakı enerjimarşrutlarını yenidən istiqamətləndirə bilər. Əlcəzair, Türkiyə,İtaliya, Balkan ölkələri - Azərbaycanın sakit, səmərəli işlədiyiistiqamətlərdir.
Fransa şirkətləri Qarabağda tenderlərə ümid edirdilərsə rəsmiParis fərqli davranış sərgiləməlidir. Hələlik məhz rəsmi Parisinyürütdüyü siyasət səbəbindən bazarlarda onların yerini başqalarıtutar. İroniyaya baxın: Paris bərpa işlərinə dəstək çağırışlarıedir, amma faktiki olaraq özü-özünü prosesdən kənarlaşdırır.
Əgər Fransa sonda Ermənistanın xarici siyasət vəkili rolunakeçəcəksə, Azərbaycan onu Cənubi Qafqazla bağlı istənilənformatlardan kənarlaşdırmaq üçün rəsmi təşəbbüslə çıxış edə bilər.Bədnam Minsk Qrupu artıq yoxdur, amma Parisə qarşı simvolik zərbə -keçmiş imperiya illüziyalarına son qoymaq üçün vasitədir. Sülhprosesində iştirak - etimad tələb edir. Fransa isə bu etimadıözü-özlüyündə itirib.
Bakı eyni zamanda frankofon təşkilatları ilə əməkdaşlığıgenişləndirə, bu strukturlar daxilində Parisin neokolonialsiyasətini gündəmə gətirə bilər. Abican, Nuakşot və digərləri qoyeşitsin: Fransa bəzilərinin separatizmini müdafiə edir,digərlərinin isə üzərinə tanklarla gedir.
Tamam, Paris “qanunsuz həbslər”dən danışır? O zaman izah etsin -niyə Paris və Liondakı etirazlarda polis dinc nümayişçilərixəsarətlərlə saxlayırdı? Niyə jurnalistlər qəddarlıqla və xüsusiamansızlıqla vəhşicəsinə döyülür, polis zorakılığı lentə alanlar“dövlət nüfuzuna zərbə” ittihamı ilə saxlanılırdı? Niyə YeniKaledoniyada kanak liderləri məhkəmə qarşısına çıxarılır? NiyəFələstinə dəstək tviti ilə istintaqa cəlb olunmaq rutinliyədönüb?
Fransa özü təqsirkar kürsüsündə əyləşməyə layiq olarkənbaşqalarına hakimlik edə bilməz. Əvvəl "Amnesty International" vəCPT qarşısında cavab versin, sonra Azərbaycana dərs keçməyəqalxsın.
Reallıq budur: Parisin teatr səhnəsindəki pafoslu çıxışlarınaqarşı Bakı - faktlarla, hüquqla və siyasi iradə ilə cavab verir.Fransanın reallığa dönməkdən başqa çıxış yolu yoxdur. Əks halda,özü-özünü diplomatik təcridə məhkum etmiş olacaq.
Bir məqamı dəqiq ayırd etmək vacibdir: fərdi deputatlarıntəşəbbüsü ilə Avropa İttifaqının ümumi siyasəti əsla eyni deyil.Fransa daxilindəki siyasi dairələrin təzyiqlərinə baxmayaraq,Avropa Komissiyası Azərbaycanla bağlı məsələlərdə hələ kisoyuqqanlı və ölçülmüş mövqe tutur. Enerji maraqları, təchizatmarşrutları, regional sabitlik - bütün bunlar Brüsselin Parisinavantürist təşəbbüslərinə dəstək verməsinə imkan vermir.
Məhz bu səbəbdən Azərbaycan diplomatiyası Almaniya, İtaliya,Macarıstan, Baltikyanı və Şərqi Avropa ölkələri ilə sıxişləməkdədir. Bu, Fransanın içində olduğu Avropa İttifaqındaanti-Paris balansının formalaşdırılmasına xidmət edəcək. ÇünkiParisin siyasəti Avropanın siyasəti deyil. Və bunu Avropaliderlərinin özləri də anlayır.
Fransa təhlükəli bir yola qədəm qoyub. Ermənistanı şərtsiz,total formatda və kor-koranə dəstəkləməklə, o, özünü tarixdənkənara atmaq riski daşıyır. Bu gün Cənubi Qafqazda baş verən heçbir ciddi beynəlxalq proses Fransanın vasitəçiliyinə ehtiyacduymur. Nə Ankarada, nə Tehranda, nə Tbilisidə, nə də, xüsusilə,Bakıda Fransanın “sülh təşəbbüsləri” ciddiyə alınmır.
Ölkəmiz protektorat deyil. Bu, ərazi bütövlüyünü bərpa etmiş,tam və absolyut suverenliyini dünyaya sübut etmiş dövlətdir.Azərbaycanla ultimatum dili ilə deyil, qarşılıqlı hörmət əsasındadanışmaq lazımdır. Paris bunu hələ də başa düşməyibsə - öz suçudurvə bu suç, Fransanın regional siyasətdə yol verdiyi kobud səhvlərindavamını şərtləndirən məqamdır.
Bu gün imperiyalar dövrü bitmək üzrədir. Dünya yeni reallıqlardoğurur. Amma Fransa hələ də oyuncaq əsgərlərlə oynamaq istəyi iləyaşayır. Lakin Qafqaz nə oyuncaq müharibə meydanıdır, nə də Parisinssenarisi ilə idarə olunan teatr səhnəsi.
Rəsmi Paris bunu artıq anlamalıdır...