AZ

Türkiyədən Qırğızıstana polad ixracı 4 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyun ayında Qırğızıstana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə artaraq, 423 min 92 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Qırğızıstana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə artaraq, 4 milyon 551 min 72 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq, 8 milyard 273 milyon 719 min dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 1 milyard 447 milyon 976 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 10,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 16 milyard 494 min 420 dollar məbləğində polad ixrac edib.

Seçilən
62
27
turkic.world

10Mənbələr