Polşanın ən böyük aviaşirkəti LOT "Boeing 737 MAX 8" və "Airbus A220" təyyarələrindəki oturacaqları köklü dəyişəcək. Yenilənmiş ilk təyyarələr bu ilin sonunda görünəcək.
HİT.az "Avia News"a istinadən xəbər verir ki, aviaşirkət alman şirkəti "Recaro"nun hazırladığı 14.000 incə sərnişin oturacağı sifariş edib. Qeyd edilir ki, bu qərar logistika xərclərini azaltmağa imkan verəcək.
Eyni zamanda hər oturacaqda 60 Vt gücündə USB Type-C girişi quraşdırılıb ki, bu da həm smartfonları, həm də noutbukları yükləyə bilər. Oturacaqlarda əyilən stolüstü ilə yanaşı, içki qoymaq və smartfon/planseti bərkitmək üçün ayrıca rəf-qapaq nəzərdə tutulub.
Bundan əlavə, hər sərnişin yerində boyun və baş üçün əlavə dəstək təmin edən tənzimlənən başlıq-yastıq var.
Ənənəvi mavi oturacaqların çəkisi 10 kiloqramdan az olduğundan, bu qərar təyyarənin ümumi çəkisini azaldacaq və nəticədə yanacaq sərfiyyatını aşağı salacaq. Oturacaqların konstruksiyası isə onların texniki xidmətini asanlaşdırır və bu xərcləri azaldır.
Ekspertlərə görə, mavi rəng insanlarda sakit və rahat hiss yaradır. Rəng psixologiyası mütəxəssisləri izah edir ki, mavi sakitlik və aydınlıqla bağlı olan, sakit dəniz və təmiz göy ilə assosiasiya yaradan rəngdir. Mavi rəng həmçinin ürək döyüntüsünü və tənəffüsü yavaşıdır. Bundan əlavə, mavi oturacaqlarda çirklər daha az nəzərə çarpır.
Samir