AZ

ITC-nin rəsmi saytında "Azərbaycanda kiçik biznesin dayanıqlılığının artırılması" sərlövhəli məqalə dərc olunub

İqtisadiyyatın yaşıl keçidi asan deyil, xüsusilə də KOB-lar üçün. KOB-lar yaşıl iqtisadiyyata töhfə vermək üçün böyük potensiala malikdir.

Beynəlxalq Ticarət Mərkəzinin (ITC) rəsmi saytında "Azərbaycanda kiçik biznesin dayanıqlılığının artırılması" sərlövhəli məqalə dərc olunub. Məqalədə Azərbaycanın KOB-lar üçün dayanıqlı inkişaf və yaşıl iqtisadiyyata keçid sahəsində atdığı mühüm addımlardan bəhs olunur.

Həmçinin məqalədə KOBİA-nın COP29 çərçivəsində irəli sürdüyü “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yə, Agentliyin təşəbbüsü və dəstəyi ilə hazırlanmış milli ESG və yaşıl biznesin idarəetməsi standartlarına, ESG platformasına da geniş yer ayrılıb.

https://www.intracen.org/news-and-events/news/advancing-small-business-sustainability-in-azerbaijan

Seçilən
7
vergiler.az

1Mənbələr