ABŞ-nin 20 illik işğalını sona çatdıraraq idarəni “Taliban” rejiminə təhvil verdiyi Əfqanıstanda ictimai həyatdan silinmək istənilən qadınlar üzərindəki təzyiq hər keçən gün artır.
"Cebheinfo.az" xəbər verir ki, İnsan Haqları İzləmə Təşkilatının (HRW) apardığı son araşdırmaya görə, son həftələrdə onlarla qadın geyindikləri çarşafların “uyğunsuz olması” səbəbindən həbs edilib.
HRW-nin araşdırmasına görə, ötən ilin avqust ayında qəbul edilən “əxlaq qanunu” ilə qadınların mahnı oxumasını, ucadan danışmasını və gülməsini qadağan edən “Taliban”, “pis hicab” bəhanəsi ilə qadın və qız uşaqlarını həbs edərək, qadınların tam itaətini hədəfləyən fiziki və psixoloji zorakılıq tətbiq edir.
BMT-nin 24 iyulda məcburi şəkildə deportasiya edilən qruplarla bağlı dərc etdiyi “Gender həyəcanı” adlı hesabatına görə isə İran və Pakistan 2023-cü ilin sentyabrından etibarən 2,5 milyondan çox insanı deportasiya edib. Hesabatda iki ölkənin eyni anda başladığı kütləvi geri göndərmələrin Əfqanıstanın onsuz da zəif olan humanitar imkanlarını çətinləşdirdiyi qeyd olunub.