“VMR Estetik” klinikasının kosmetoloqu Gülsüm Əliyeva ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanı məhkəməyə verib.
Yenisabah.az xəbər verir ki, ötən gün məhkəmə baş tutub. Bununla bağlı Q.Ataşova açıqlama yayıb. O bildirib ki, şikayət təmin edilməyib:
"Tibb diplomu olmadan özünü həkim və cərrah kimi təqdim edən (Respublilika xəstəxanasında baş həkimin katibəsi olub) Gülsüm Əliyevanın barəmdə “Xüsusi ittiham qaydası” ilə qaldırdığı məhkəmə işi Səbail Rayon Məhkəməsində rədd edildi. Toyuqlu pizza
Xatırladım ki, Gəncədə liposaksiya əməliyyatından sonra həyatı dəyişən Gülbəniz Bayramovanın ölüm işini və əməliyyatın baş tutduğu lisenziyasız "VMR klinikası"nı araşdırdığım dövrdə Gülsüm Əliyeva mənim barəmdə cinayət məsuliyyətinə cəlb olunmağım üçün məhkəməyə müraciət etmişdi. O məni şər və böhtan atmaqda ittiham edirdi. Məhkəmə iclasına müxtəlif bəhanələrlə gələn Gülsüm Əliyeva gah əllərinin titrədiyini, gah da ürəyinin sıxıldığını deyirdi. Lakin vəkilin ona tutarlı cavabı olub: “Bu qədər həyəcan keçirirsənsə, ölkədə bütün strukturlara nədən Qənirə Ataşova barəsində şikayət edirsən? Sənin dərdin nədir?. Suala isə cavab verə bilməyib...
Nəhayət, bu gün 4 saat davam edən məhkəmə prosesi nəticəsində hakim Ülviyyə Şükürova Gülsüm Əliyevanın iddiasını əsassız hesab edərək rədd edib. Bu, bir qələbədir".
Qeyd edək ki, G.Əliyeva Q.Ataşovanın onu şantaj edərək 50 min istədiyini iddia etmişdi.\Axşam.az
Telegram kanalımız