"Fənərbaxça" "Əl-Hilal"ın müdafiəçisi Joao Kanselonu transfer etmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, Avropaya qayıtmaq arzusunda olan portuqaliyalı futbolçu maaşında ciddi endirim etməyə razılıq verib. Bildirilir ki, Osayi-Samuel ilə yollarını ayıran və Mimoviçi klubdan göndərmək istəyən "Fənərbaxça" müdafiəyə etibarlı futbolçu transfer etmək istəyir. İddialara görə, Joao Kanselo agentləri vasitəsilə "Fənərbaxça"ya təklif olunub. Bildirilir ki, futbolçu “Əl-Hilal”da illik 15 milyon avro qazansa da, Avropaya qayıtmaq üçün məvacibində endirim etməyə razılıq verib. Futbolçunun “Əl-Hilal”la müqaviləsi 2027-ci ildə yekunlaşır. Onun transfer dəyəri 15 milyon avrodur.