Rusiya və Belarusun Polşa siyasətinə təsirini araşdıran komissiya ləğv edilib.
Publika.az xəbər verir ki, Polşanın baş naziri Donald Tusk dövlət başçısının sərəncamına əsasən bu addımı atıb.
"2004-2024-cü illərdə Rusiya və Belarusun Polşanın daxili təhlükəsizliyinə və maraqlarına təsirinin öyrənilməsi üzrə komissiya ləğv edilir”, - sənəddə deyilir.
Bildirilir ki, komissiya 21 may 2024-cü il tarixli sərəncamı ilə yaradılıb.
Qeyd edək ki, Rusiyanın təsirinin öyrənilməsi üzrə komissiyanın ilk hesabatı 2024-cü il oktyabrın 30-da təqdim edilib. Komissiya onun nəticələrinə əsasən, Milli Müdafiə Nazirliyinin keçmiş rəhbəri Antoni Maçeriviç tərəfindən törədilmiş diplomatik xəyanətin mümkünlüyü ilə bağlı prokurorluğa vəsatət göndərib.