İyulun 31-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov suriyalı həmkarı Əsəd əl-Şeybani ilə danışıqlar aparacaq.
Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, görüş zamanı ikitərəfli gündəlikdəki aktual məsələlərin, beynəlxalq və regional problemlərin müzakirəsi planlaşdırılır.
P.ƏMİRCANOV
XQ