AZ

Bu kəndin sakinlərinə ölmək "qadağan olundu" - qəbiristanlıqda yer yoxdur

İspaniyanın Qranada əyalətinin Landxaron kəndində qəribə qərar diqqət çəkib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "The New York Post" nəşrinin məlumatına görə, yerli sakinlərin ölməsini qadağan edən qeyri-adi qanun hələ də qüvvədə qalmaqda davam edir.

Sözügedən məhdudiyyət 1999-cu ildə yeganə kənd qəbirstanlığının dolmasından sonra tətbiq olunub. Kənddə yeni qəbiristanlıq üçün hələ də yer tapılmayıb.

Rəsmilər 4 min əhalisi olan kənd sakinlərinə sağlam həyat tərzi keçirərək ömürlərini uzatmağı tövsiyə edirlər.

Qeyd edək ki, kənd müalicəvi mineral mənbələri ilə "TikTok"da məşhurluq qazanıb.

Bəzi ekspertlər düşünür ki, qeyri-adi qadağa turistləri cəlb etmək üçün marketinq strategiyasıdır.

Hüseyn
Milli.Az

Seçilən
18
1
milli.az

2Mənbələr