Həyata yenidən qayıtmaq!.. Və həyatın şirinliyini bir daha dadmaq... İkinci ömür yaşayanlar bunun nə demək olduğunu yaxşı bilir. Ömrün hansısa dönəmində ürək sözə baxmır. Tez-tez döyünür, çırpınır, sanki yuvasından pərvaz edib çıxacaq. Bu dəqiqələrdə onu sakitləşdirən, "vaxtı deyil hələ" deyib rahatladan, şəfa verən həkimlərdir.
Həyatının ən ağır dəqiqələrində Arif Bədəlovun ürəyini ovcuna alıb sakitləşdirən Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinin müdiri, həkim-kardioloq ŞƏFƏQ NƏZİROVA oldu.
Arif müəllimin ömrünü yenidən şəfəqə boyadı, onu həyat yoldaşına, sevimli balalarına hədiyyə etdi. Həm də ad günündə. Arif müəllimin ailəsi, doğmaları bunu dəyəri ölçülməyəcək hədiyyə hesab edir və doktor Şəfəq xanıma təşəkkür edirlər. Şəfalı əlləriniz var olsun, Şəfəq xanım.