AZ

Çin ABŞ-dən neft almağı dayandırır

2025-ci ilin iyun ayında Çin son üç ildə ilk dəfə ABŞ-dən neft almağı tamamilə dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatlarına istinadla məlumat verib.

Məlumata görə, mayda ABŞ-dən Çinə xam neft tədarükü 72,8 milyon dollar dəyərində qiymətləndirilib ki, bu da aylıq ifadədə 4,2 dəfə azalma deməkdir. Yanvarda ABŞ Çinə 461,5 milyon, dekabrda isə 513 milyon dollar dəyərində neft göndərib. 2025-ci ilin əvvəlindən bu yana ümumi idxal 1,33 milyard dollar təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə fiziki baxımdan 1,9 dəfə, pul ifadəsində isə 2,1 dəfə azalma müşahidə olunub.

Eyni zamanda bildirilib ki, Çin Səudiyyə Ərəbistanından neft idxalını artırıb. İyunda tədarük aylıq müqayisədə 36 faiz artaraq 3,87 milyard dollara çatıb.

Bundan başqa, Malayziyadan, BƏƏ-dən və Küveytdən alınan neft həcmi də artıb. İyunda Rusiyadan gələn 3,95 milyard dollarlıq tədarüklə bu ölkə Çinin ən iri neft tədarükçüsü olaraq qalıb.

“Eiler” şirkətinin baş analitiki Andrey Palişçukun fikrincə, Çinin ABŞ-dən xam neft idxalından imtina etməsi Rusiya və Səudiyyə Ərəbistanı kimi ənənəvi tədarükçülərin daha sərfəli şərtlər təklif etməsi ilə əlaqədar ola bilər. 

Mina Mikayılova

Seçilən
13
bakivaxti.az

1Mənbələr