AZ

Messi Liqa Kubokunda komandasına qələbə qazandırdı

"İnter Mayami" Şimali Amerika Liqa Kubokunun ilk mərhələsində "Atlas"la qarşılaşıb.

Fanat.Az xəbər verir ki, ulduz futbolçuların yer aldığı Amerika təmsilçisi meksikalıları 2:1 hesabı ilə məğlub edib. 

Meydan sahiblərinin hücumçusu Lionel Messi 2 məhsuldar ötürmə edib. O, 58-ci dəqiqədə Telasko Seqoviyaya, 90+6-cı dəqiqədə isə Marselo Veyqandta kömək edib.

38 yaşlı Messi bu il klubunda keçirdiyi 30 oyunda 24 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Şimali Amerika Liqa Kuboku 
Ümumi mərhələ, 1-ci tur

İnter Mayami (ABŞ) – Atlas (Meksika) 2:1
Qollar: Seqoviya, 58; Veygandt, 90+6 - 1:1 – Lozano, 80.

Seçilən
81
50
fanat.az

10Mənbələr