Bakının müxtəlif ərazilərində küçə işıqlarının gündüz saatlarında yandığı müşahidə olunub.
Məsələ ilə bağlı Modern.az Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
Qurumun "Bakı Şəhər İşığı" Elektrik Şəbəkə Müəssisəsindən bildirilib ki, işıq dirəkləri ərazidə aparılan cari təmir-bərpa və profilaktika işləri ilə əlaqəlar yandırılıb və ən qısa zamanda - işlər bitirildikdən sonra söndürüləcək.
"Təmir işləri şəhərin müxtəlif küçələrdə gün boyu bir neçə saat ərzində aparılacaq. Belə tədbirlər mütamadi olaraq həyata keçirilir", - açıqlamada bildirilib.