AZ

“Bu, özəl şirkətlərə həvalə edilib” – İrəvandan AÇIQLAMA

“Ermənistan öz ərazisindən keçən nəqliyyat marşrutlarının Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası ilə bir araya sığmayan heç bir variantını heç vaxt müzakirə etməyib, müzakirə etmir və müzakirə etməyəcək”.

NOCOMMENT.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan deyib.

“Ermənistan mətbuatında regionun nəqliyyat yollarının açılması məsələsində Ermənistanın mövqeləri ilə bağlı müəyyən çaşqınlığın olduğu nəzərə çarpır və media Ermənistan rəsmilərinin bəyanatlarında ziddiyyətlər görür.

Müzakirələrdən danışan Ermənistan nümayəndələri iyulun 16-da Paşinyanın mətbuat konfransında danışdığı Ermənistanın ərazi bütövlüyü, suverenliyi, yurisdiksiyası, tikinti hüquqları və s. çərçivəsində qəbul edilmiş qətnamələri nəzərdə tutur.

Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası təbii ki, kənardan verilə bilməz. Dəmir yollarının, boru kəmərlərinin və elektrik xətlərinin biznes idarəçiliyi kənardan götürülə bilər. Yeri gəlmişkən, bu gün Ermənistanda avtomobil yollarının saxlanması və idarə olunması həmişə özəl şirkətlərə həvalə edilib. Həmin idarəçiliyi kimin, hansı keyfiyyətlə həyata keçirməsi başqa məsələdir. Amma bunun müzakirə olunan mövzu ilə heç bir əlaqəsi yoxdur”, – deyə o qeyd edib.\\“Unikal”

Seçilən
11
nocomment.az

1Mənbələr