AZ

"Fulhem" onun üçün "Milan"la danışıqlara başlayıb

Nigeriyalı vinger Samuel Çukvueze "Milan"ı tərk edə bilər.

90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı oyunçu "Fulhem"in maraq dairəsinə düşüb. İngiltərə klubu artıq "rossoneri" ilə potensial transferin şərtləri barədə danışıqlara başlayıb.

Keçən mövsümdə Çukwueze "Milan"ın heyətində bütün turnirlərdə 36 oyun keçirib, 5 qol vurub və 3 asist edib. "Transfermarkt"a əsasən, oyunçunun bazar dəyəri 10 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
6
90deqiqe.az

1Mənbələr