Azərbaycan Savat Federasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2025-ci il üçün nəzərdə tutulmuş təqvim planına uyğun olaraq, 23–27 iyul tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilmiş Savate Assaut üzrə Gənclərin Dünya Çempionatında uğurla iştirak edib.
Sherg.az xəbər verir ki, çempionatda Azərbaycan Savat Federasiyasının gənclərdən ibarət milli komandası 8 idmançı ilə təmsil olunub və yüksək nəticələrlə sonlanıb. İdmançılarımız turnirdə 1 qızıl və 7 bürünc medal olmaqla, ümumilikdə 8 medal qazanaraq ölkəmizi layiqincə təmsil ediblər.
Eyni zamanda bu, ümumilikdə gənclər və böyüklər arasında ilk dünya çempionudur.
Dünya Çempionatı üzrə medal qazanan idmançılar:
•48 kq – Yusif Xəlilzadə (bürünc medal)
•52 kq – Ümid Zeynalov (bürünc medal)
•56 kq – Məhəmməd Məmmədli (bürünc medal)
•60 kq – Ələkbər Xanməmmədov (qızıl medal)
•65 kq – Nicat Məhəmmədli (bürünc medal)
•70 kq – Nihat Quliyev (bürünc medal)
•75 kq – Əli Bəylərzadə (bürünc medal)
•85 kq – Məhəmməd Süleymanov (bürünc medal)
Dünya Kuboku üzrə nəticələr:
•Raul Hüseynzadə – qızıl medal
•Bəyrək Bağırov – bürünc medal
•İbrahim İbrahimli – bürünc medal
Qeyd edək ki, Federasiyanın prezidenti Rafiq Əliyev, Yığma komandanın idmançıları məşqə hazırlayan Baş məşqçiləri isə Həsən Əliyev, Taleh Nağızadə və Hikmət Xəlilovdur.
Milli komandamıza rəhbərliyi baş məşqçi Taleh Nağızadə edirdi.
Azərbaycan Savat Federasiyası bu nəticələri yüksək dəyərləndirir, gənc idmançılarımızla qürur duyur və qarşıdakı beynəlxalq turnirlərdə onlara yeni uğurlar arzulayır.