Bavariya” sabiq hücumçusu Tomas Müller Münhen klubunun bazasında məşq etməyə icazə alıb.
ONN media xəbər verir ki, bu barədə “Bild”in jurnalisti Yulian Aqardi məlumat yayıb.
Bildirilir ki, 35 yaşlı alman futbolçu MLS-ə yollanmamışdan əvvəl fiziki formasını bərpa etmək istəyir.
Qeyd edək ki, Müller karyerasını Kanadanın “Vankuver Uaytkəps” klubunda davam etdirəcək. O, “Bavariya”dan 2025-ci ilin yayında – klublararası dünya çempionatından sonra ayrılıb.
Müller Münhen təmsilçisinin heyətində ümumilikdə 756 oyuna çıxıb, 250 qol vurub və 276 məhsuldar ötürmə ilə yadda qalıb