AZ

ADAU ali təhsil sərgisində iştirak edir - FOTOLAR

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan ali təhsil müəssisələrinin sərgisində iştirak edir.

"Unikal" xəbər verir ki, sərgi çərçivəsində Aqrar Universitetin stendinə yaxınlaşan abituriyentlərə və digər ziyarətçilərə universitetdə həyata keçirilən kadr hazırlığı, tədris imkanları, mövcud ixtisaslar və tələbələrə təqdim olunan şərait barədə ətraflı məlumat verilib. Universitet nümayəndələri stendi ziyarət edən şəxslərin çoxsaylı suallarını cavablandıraraq onlara seçim prosesində dəstək olublar.

Qeyd edək ki, 1 avqust tarixinədək davam edəcək sərgidə 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif təhsil və ictimai qurumlar iştirak edir. Tədbirə 3000-ə yaxın abituriyent, valideyn və təhsil sahəsi üzrə mütəxəssis qatılıb.

Seçilən
8
unikal.az

1Mənbələr