AZ

NASA Trampın prezidentliyi dövründə Aya eniş etməyi planlaşdırır

ABŞ yaxın illərdə astronavtları Ay səthinə endirmək niyyətindədir və bu missiyanın Donald Trampın prezidentliyi dövründə baş tutması hədəflənir. AzPost bildirir ki, bu barədə NASA-nın rəhbərinin səlahiyyətlərini icra edən Şon Daffi “Fox News” telekanalına açıqlamasında bildirib.

O qeyd edib: “Gələn il biz Aya qayıtmağı planlaşdırırıq. Hələlik eniş olmayacaq, sadəcə Ay ətrafında uçuş həyata keçiriləcək. Təxminən bir il sonra isə eniş baş tutacaq. Bütün bunlar Tramp hələ prezident olarkən reallaşacaq.”

Söhbət Artemis II proqramından gedir — bu, ABŞ-ın 50 ildən sonra Ay səthinə astronavt göndərmək planını əhatə edir. Lakin bu proqramın icrası dəfələrlə təxirə salınıb. Son dəfə uçuş tarixi 2024-cü ilin sonunda dəyişdirilmişdi.

NASA bu dəfə məqsədi reallaşdırmaqda qərarlıdır və texniki hazırlıqlar intensiv şəkildə davam etdirilir. Missiya uğurla həyata keçirilərsə, bu, Tramp administrasiyası dövründə ABŞ-ın kosmik üstünlüyünün rəmzi olaraq tarixə düşə bilər.

AzPost.az

Seçilən
27
azpost.info

1Mənbələr