AZ

Ermənistanın polisi zirehli döyüş maşınları ilə təmin ediləcək

Ermənistanın polis qvardiyası antiterror əməliyyatları keçirmək üçün xüsusi texnika - BTR-80 zirehli döyüş maşınları və BRDM-2 kəşfiyyat-patrul maşını ilə təchiz ediləcək.

"Report" erməni KİV-inə istinadən xəbər verir ki, müvafiq qərar hökumətin iclasında qəbul edilib.

Bildirilib ki, texnika, həmçinin hərbi vəziyyət elan edilə biləcək ərazilərdə hərbi əməliyyatlar üçün istifadə olunacaq.

Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, 2024-cü ildən Ermənistanda polis qvardiyası daxili qoşunları əvəz edib.

Seçilən
49
3
report.az

4Mənbələr