AZ

Direktor: “Bəzi məsələlərdə Vüqar Səfərlidən icazə alıram”

Jurnalistlər üçün inşa olunan binaların sakinləri "Jurnalist Evi" MMC-dən imtina etməyə hazırlaşırlar.

Bizimyol.info xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. Verilən xəbərlərə görə, bina sakinləri kommunal xidmətlərin təşkilindən narazılıq edirlər.
 
"Sakinlərin sözlərinə görə, binalarda hər kvadrat metr sahə üçün 50 qəpik xidmət haqqı hesablanır. Bu isə Bakı şəhərində müəyyən edilmiş ən bahalı xidmət haqqı səviyyəsindədir.
 
Onlar deyir ki, binada yaşayan sakinlərdən hər ay on min manatdan çox vəsait toplanılsa da, ancaq onun müqabilində heç bir xidmət göstərilmir.
 
Binalarda mühafizə xidməti "yox" səviyyəsindədir. Birinci binada mühafizə kameraları quraşdırılsa da, ancaq onlar işləmir. İkinci binada isə ümumiyyətlə kamera yoxdur. Son günlər isə həm birinci, həm də ikinci binaların mərtəbələrindən velosipedlər oğurlanır. "Jurnalist Evi" MMC "Riyad” Mühafizə Xidməti ilə müqavilə bağlasa da, ancaq oğurluq halları olan zaman mühafizə əməkdaşları məsuliyyətdən yayınırlar. Onlar bildirirlər ki, biz binanın nə həyətinə, nə də daxilinə cavabdeh deyilik", - deyə məlumatda qeyd edilib.
 
Bizimyol.info olaraq məsələyənin həqiqət olub-olmadığını öyrənmək istədik və "Jurnalist Evi" MMC –nin direktoru Bünyamin İsmayılovla əlaqə saxladıq. Bünyamin İsmayılov ilk olaraq onu qeyd etdi ki, artıq binada xidmət haqqı 50 qəpikdən 30 qəpiyə endirmək barədə müzakirə aparılır.
 
"MMC indi yaranmayıb, o yarananda komissiya müəyyən edib ki, qiymət 50 qəpik olsun. 3-4 gündür biz qiymətləri endirmək barədə söhbət edirik ki, imkan olsa, qiymətləri edirək.  Bu məqamda da narazılqı edirlər?
 
Mühafizə həmişə 2 nəfər olurdu, bir ildir gücləndirilmiş iş rejiminə keçmişik, gündüz 2, gecələr 2 nəfər mühafizəçi xidmət göstərir.
 
"Yaşayış binalarına xidmət göstərən MMC-lər sakinlərin iştirakı və təsisçiliyi ilə yaradılmalıdır. Ancaq sakinlər iddia edirlər ki, Vüqar Səfərli "Jurnalist Evi" MMC-ni yaradan zaman bina sakinlərinin iştirakını təmin etməyib” sualına Bünyamin İsmayılov belə cavab verdi.
 
"Mən nə deyə bilərəm? Mənə göstəriş verən o adamdır. Mənim səlahiyyətim çatmır axı. Mən özbaşıma hərəkət edə bilmərəm, bəzi məsələlər var ki, gərək Vüqar Səfərlidən icazə alam.
 
Deyirdilər binaların qabağı qaranlıqdır, dedim, icazə verdi işıq çəkdik, bloklara əlavə xidmətçi götürdük. Bunların hamısı həmin toplanan vəsait hesabınadır. Özümüz- özümüzü maliyyələşdiririk. Daha hər xırda şey üçün Vüqar müəllimi narahat etmirik. Qapının "zamok”u qırılanda da ona deyib düzəltmirəm. Amma vacib məsələlərə o qərar verir. Hesabatı isə hər ay verirəm. Kimə verirəm? KİVDF-yə, baş idarəyə,- deyə o bildirib.

www.anews.az
Seçilən
27
anews.az

1Mənbələr