AZ

“Şkendiya”nın baş məşqçisi: “Qarabağ”a hörmət etməliyik”

Şimali Makedoniyanın “Şkendiya” komandasının baş məşqçisi Yeqor Beqiri Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibləri “Qarabağ” haqda danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis II təsnifatda Rumıniyada FCSB-ya qalib gəldikləri oyundan (2:1) sonra fikirlərini bölüşüb:

“Qarabağ”a hörmət etməliyik. Onlar da FCSB kimi yaxşı və ciddi təşkilatlanmış komandadır. Mən və oyunçularım üçün önəmli odur ki, meydanda yaxşı nəticə üçün əlimizdən gələni edək, geyindiyimiz formaya hörmət göstərək”.

“Qarabağ” ilk oyunu avqustun 5-də səfərdə keçirəcək. Cavab matçı 12-də Bakıda olacaq.

Seçilən
5
futbolpress.az

1Mənbələr