AZ

Qazaxıstanlı gənc xanımların “Baku is Calling” trendi “işə yarayırmı” – Rəsmi məlumat


Məlum olduğu kimi, son zamanlar sosial şəbəkələrdə Qazaxıstan vətəndaşları olan gənc qadınların başlatdığı “#BakuIsCalling” həştəqi müzakirələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, qazaxıstanlı gənc xanımlar arasında Bakıya səyahət etməyin yeni dəbə çevrildiyi iddia olunur. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, qazaxıstanlı gənc xanımların başlatdığı “Baku is Calling” (“Bakı çağırır”) trendi nəticəsində Bakıya səfər edən qazaxıstanlı gənc xanımların sayı son aylar kəskin şəkildə artıb.
Qeyd edək ki, Azərbaycan rəsmi qurumlarının açıqladığı məlumatlar bu iddiaların həqiqətə uyğun olmadığını göstərir.
Məlumat üçün bildirək ki, bu ilin iyun ayında Qazaxıstandan Azərbaycana ümumilkdə 8 min 319 nəfər turist gəlib və onların 47,7%-i və ya 3 min 968 nəfəri qadın olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin iyun ayında Azərbaycana səfər edən qazaxıstanlı turistlərin 53,1%-i və ya 4 min 122 nəfəri qadın olub. Açıqlanan rəqəmlərdən də göründüyü kimi son bir ildə Azərbaycana səfər edən qazaxıstanlı qadınların sayı 3,7% azalıb.

Elnur Əli
Seçilən
6
1
yeniavaz.com

2Mənbələr