2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan xaricə 149 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 milyon ABŞ dolları və ya 8,8% çoxdur. Belə ki, 2024-cü ilin ilk altı ayında ölkədən 136,9 milyon dollar dəyərində pomidor ixrac edilmişdi.
Təkcə iyun ayında 35,2 milyon dollar dəyərində pomidor ixrac olunub ki, bu da illik müqayisədə 6,8 milyon dollar (23,9%) artım deməkdir. Ötən ilin iyun ayında bu rəqəm 28,4 milyon dollar təşkil etmişdi.