AZ

Kosmetoloq jurnalisti məhkəməyə verdi

Kosmetoloq Gülsüm Əliyeva jurnalist Qənirə Ataşovanı məhkəməyə verib.

XəzərNews.az xəbər verir ki, bu barədə jurnalist özü paylaşım edib.

Qənirə Ataşova dünən məhkəmənin baş tutduğunu və Gülsüm Əliyevanın şikayətinin təmin olunmadığını deyib.

Dəmiryolu xətlərinin mühafizə zolağında qanunsuz tikilən evlər sökülür-YENİLƏNİB
Rövşən Rzayevin qardaşı Konstitusiya Məhkəməsinin hakimi təyin edildi
Əllərdə sarımsaq qoxusu, fincanda ləkə, telefonda cızıq: Diş məcunu ilə həll edin
"Tibb diplomu olmadan özünü həkim və cərrah kimi təqdim edən Gülsüm Əliyevanın barəmdə xüsusi ittiham qaydası ilə qaldırdığı məhkəmə işi bu gün Səbail Rayon Məhkəməsində rədd edildi.

Xatırladım ki, Gəncədə liposaksiya əməliyyatından sonra həyatı dəyişən Gülbəniz Bayramovanın ölüm işini və əməliyyatın baş tutduğu lisenziyasız VMR klinikasını araşdırdığım dövrdə Gülsüm Əliyeva mənim barəmdə cinayət məsuliyyətinə cəlb olunmağım üçün məhkəməyə müraciət etmişdi. O, məni şər və böhtan atmaqda ittiham edirdi.

Məhkəmə iclasına müxtəlif bəhanələrlə gələn Gülsüm Əliyeva gah əllərinin titrədiyini, gah da ürəyinin sıxıldığını deyirdi.

Lakin vəkilin ona tutarlı cavabı olub: "Bu qədər həyəcan keçirirsənsə, ölkədə bütün strukturlara niyə Qənirə Ataşova barəsində şikayət edirsən? Sənin dərdin nədir?" Tibb diplomu olmayan Gülsüm isə buna cavab verə bilməyib. Nəhayət, bu gün 4 saat davam edən məhkəmə prosesi nəticəsində hakim Ülviyyə Şükürova Gülsüm Əliyevanın iddiasını əsassız hesab edərək rədd edib", - deyə jurnalist paylaşımında bildirib.

Qeyd edək ki, 2024-cü il sentyabrın 21-də Gülbəniz Bayramova Gülsüm Əliyevaya liposaksiya əməliyyatı etdirdikdən sonra ölüb.

Xəbər 3 dəfə oxunub.
Seçilən
40
10
xezernews.az

10Mənbələr