AZ

Zəkanın formalaşmasında anaların rolu daha güclüdür - ARAŞDIRMA

Alimlər insan intellekti ilə bağlı genlərin böyük hissəsinin X xromosomundan gəldiyini düşünürlər. Qadınlar iki X xromosomu daşıdıqları üçün analar bu genləri övladlarına ötürmək baxımından atalardan daha üstün mövqedədirlər.

 

Sfera.az xəbər verir ki, siçanlar üzərində aparılan tədqiqatlar göstərib ki, ana genləri əsasən beynin inkişafı ilə əlaqəlidir. Ata genləri isə daha çox aqressivlik, instinktiv davranış və iştaha kimi xüsusiyyətləri formalaşdırır.

 

12.000-dən çox uşaq üzərində aparılan uzunmüddətli bir araşdırma ananın İQ səviyyəsi ilə övladının idrak qabiliyyəti arasında güclü əlaqə olduğunu üzə çıxarıb. Bu əlaqə yalnız genetika ilə məhdudlaşmır. Tədqiqatlar göstərir ki, ananın göstərdiyi emosional dəstək və bağlılıq da uşağın yaddaşı və öyrənmə qabiliyyətinə müsbət təsir göstərir.

 

Bununla belə, ataların rolu da əhəmiyyətlidir. Davamlılıq, emosional sabitlik və intuisiya kimi keyfiyyətlər uşağın intellektual inkişafına töhfə verən mühüm faktorlar arasında yer alır. Alimlər bildirirlər ki, uşağın zəka formalaşmasında hər iki valideynin təsiri tamamlayıcıdır.

 

Firuzə Əliyeva
Sfera.az

Seçilən
31
sfera.az

1Mənbələr