AZ

Suriya XİN: Hökumət ölkənin təhlükəsizlik sisteminin davamlı işini təmin edib

Suriya hökuməti ölkənin təhlükəsizlik sisteminin davamlı işini təmin edə bilib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar zamanı bildirib.

Qeyd edək ki, bu, nazirlərin Rusiya paytaxtında ilk rəsmi görüşüdür.

Daha əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, görüş çərçivəsində nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini, beynəlxalq və regional problemləri müzakirə edəcəklər.

Seçilən
19
report.az

1Mənbələr