AZ

Azərbaycanın qızıl ixracından gəliri 3 dəfə artıb - RƏQƏMLƏR

Bu ilin ilk altı ayında Azərbaycanın qızıl ixracı kəskin şəkildə artıb. Yanvar-iyun aylarında ölkə xaricə 144 milyon ABŞ dolları dəyərində qızıl satıb.

FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda qeyd olunur.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 86 milyon dollar və ya 148,3% artım deməkdir. Müqayisə üçün bildirək ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan 58 milyon dollar dəyərində qızıl ixrac etmişdi.

İyun ayında isə 22,7 milyon dollarlıq qızıl ixrac edilib ki, bu da ötən ilin iyun ayındakı 12,7 milyon dollarlıq göstəricidən 10 milyon dollar (78,7%) çoxdur.

Seçilən
11
fed.az

1Mənbələr