AZ

“Politico”: Aİ Almaniyanın İsraillə bağlı mövqeyindən narazılığını bildirib

Aİ Almaniyanın İsrailə qarşı sanksiyalarla bağlı mövqeyindən narazılığını bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Bir sıra Aİ ölkələri Avropa İttifaqı ilə İsrail arasında assosiasiya sazişinin bəzi müddəalarının dayandırılmasına qarşı çıxan Almaniyadan narazıdır.

Çərşənbə axşamı Aİ səfirləri tərəfindən müzakirə edilən Avropa Komissiyasının təklifi İsrailin Horizon Europe tədqiqat proqramında iştirakını qismən dayandırmağa çağırıb.

Ancaq görünür, bu tədbir səfirlərin görüşündə Aİ ölkələri arasında kifayət qədər dəstək almayıb – Almaniya və daha üç ölkə buna mane olub.

Merzin ölkədə də artan təzyiqlə üzləşdiyi qeyd edilir.

Koalisiyanın bir hissəsi olan Almaniya Sosial Demokrat Partiyası (SPD), eləcə də müxalifət Almaniyanın İsrailə davamlı dəstəyinə şübhə etməyə başlayıb.

“Almaniyaya təzyiq digər Aİ ölkələrindən daha çox daxildən gələ bilər”, – mənbə qeyd edib.

Mütəxəssislərin fikrincə, Merzin mövqeyinin yumşaldığını göstərən əlamətlər var.

Bazar ertəsi Almaniya lideri deyib ki, “Berlin gələcək müzakirələr və qərarlar qəbul etmək hüququnu özündə saxlayır”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
60
interpress.az

1Mənbələr