Hazırda tikintisi davam edən Gəncə stadio MDB oyunlarına kimi hazır olmalıdır.

Rekord.az xəbər verir ki, çoxları bu oyunlardan sonra "Kəpəz"in də ev oyunlarını doğma şəhərində keçirəcəyini düşünür.

Lakin bizə daxil olan məlumata görə, Gəncə təmsilçisi, ümumiyyətlə, 2025-26-cı il mövsümünü Gəncədə keçirməyə bilər. Səbəb isə arenanın futbol oyunları üçün hazır olmamasıdır. Yəni stadion sentyabr ayında MDB oyunları üçün istifadəyə verilsə də, oktyabrda, oyunlar başa çatandan sonra yenidən təmirə bağlanacaq. Həmin təmir dönəmində stadionun beynəlxalq futbol oyunları üçün tələblərə cavab verilməsi üçün tələb olunan işlər görüləcək. Buraya ot örtüyündən tutmuş, soyunub-geyinmə, dopinq otaqları, yayım məsələsi, müxtəlif təyinatlı sektorların hazırlanması və s. aiddir. Xüsusilə ot örtüyünün bərkiməsi üçün  2026-cı ilin aprel ayına kimi çətin ki, Gəncə stadionunda futbol oynanılsın. Apreldən sonra oynanılıb-oynanılmaması da sual altındadır.

Qeyd edək ki, "Kəpəz" yeni mövsümdən ev oyunlarını Qəbələdə keçirəcək.