AZ

İrəvanın Zəngəzur dəhlizi gündəliyi

xəbər verir ki, Nazeli Bağdasaryanın zölərinə görə, bu zaman Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası özgəninkiləşdirilə bilməz.

“Dəmir yolu, boru kəməri, elektrik xətlərinin biznes idarə edilməsi mümkündür. Yeri gəlmişkən, Ermənistanda magistral yolların saxlanması və idarə olunması bu gün və həmişə özəl şirkətlərə həvalə edilib”,- Ermənistanın baş nazirinin mətbuat katibi vurğulayıb.

Bu günlərdə Ermənistan prezidenti Vaaqn Xaçaturyan bəyan edib ki, Zəngəzur dəhlizi ölkənin inkişafı üçün yeni imkanlar aça bilər.

- Əgər biz Sünikin 43 kilometrini açsaq, bu, böyük imkanlar verəcək. Sülh yollarının kəsişməsi artıq beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Biz sadəcə olaraq, mövcud reallığı göstəririk. Bizim məqsədimiz tezliklə sülh sazişinin imzalanmasıdır”, - Xaçaturyan deyib.

Bu arada, beynəlxalq münasibətlər üzrə ekspert Qriqor Balasanyan Ermənistan KİV-lərinə açıqlamasında İran prezidenti Məsud Pezeşkianın Zəngəzur dəhlizinin açılmasının əleyhinə olmadığını bildirib.

Balasanyan qeyd edib ki, İranda“ciddi hadisələr” baş verir və bu gün ölkənin siyasi elitası“iki hissəyə bölünüb” . Onun sözlərinə görə, prezident Pezeşkiyanın başçılıq etdiyi islahatçılar artıq Zəngəzur dəhlizinin açılmasına o qədər də qəti etiraz etmirlər.

“Üstəlik, Pezeşkian bir gün əvvəl müsahibə verib və çox qalmaqallı açıqlama səsləndirərək deyib ki, İranın şimal-qərb sərhədində marşrutların bərpası məsələləri xırda işdir və narahat olmağa dəyməz. Yəni, İran prezidenti Zəngəzur dəhlizinin açılmasını əhəmiyyətsiz mövzu hesab edir”,- Balasanyan söyləyib.

Erməni ekspertin iddiasına görə, bu məsələdə əks mövqe tutan İranın rəhbəri Əli Xamneinin komandası və İslam İnqilabı Keşikçiləri KorpusuPezeşkianı kəskin tənqid edir və dəhlizin açılmasının İran üçün dağıdıcı nəticələr verəcəyini diqqətə çatdırır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
31
1
azvision.az

2Mənbələr