Nüvə danışıqlarına qayıtmaq üçün şərt ABŞ-nin İsraillə münaqişə zamanı İrana vurduğu ziyana görə təzminat ödəməsidir.
Yenisabah.az financial times-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Nazirin sözlərinə görə, ABŞ “danışıqlar zamanı niyə zərbələr endiriblər, bunu izah etməli və gələcək görüşlərdə bunu etməyəcəklərinə zəmanət verməlidir”. pizza
Bundan əvvəl Əraqçi "Le Monde"-a demişdi ki, danışıqların bərpası üçün başqa şərt ABŞ-ın İrana qarşı hərbi güc tətbiq etməməsidir.
İyulun 28-də XİN rəhbəri bildirib ki, kimin tələb etməsindən asılı olmayaraq, İran nüvə proqramından imtina etmək niyyətində deyil.
Telegram kanalımız