Ermənistan və Rusiya arasında qüvvədə olan vizasız gediş-gəliş sazişindən pasportda “çıxış möhürünün” qoyulması ilə bağlı tələb çıxarılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiaynı Ermənistan KİV-ləri yayıb.
Məlumata görə, “Rusiya Federasiyası və Ermənistan Respublikası vətəndaşlarının qarşılıqlı vizasız səfərləri haqqında” sazişə dəyişiklik edilməsi barədə layihə Ermənistan hökumətinin cümə axşamı keçirilən iclasında təsdiqlənib.
Əvvəllər Ermənistan vətəndaşları xaricə çıxarkən onların pasportunda sənədin xaricdə qüvvədə olma müddətini göstərən xüsusi bir qeyd (möhür) qoyulmalı idi. Lakin bu tələb artıq 2024-cü il yanvarın 1-dən qüvvədən düşdüyü üçün onun saziş mətnindən də çıxarılmasına qərar verilib.
Qeyd edək ki, Rusiya və Ermənistan vətəndaşları hər iki ölkənin ərazisində qeydiyyatsız 30 gün, yaşayış statusu olmadan isə ildə 180 günə qədər qala bilərlər.
Bizim.Media