AZ

0 şəkərli qazlı içkilər daha çox diabet yaradırmış

Şəkərsiz qazlı içkilər 2-ci tip diabet riskini 38 faiz artırır.

Azreform.info milli.az-a istinadən bildirir ki, Avstraliyalı alimlər bu qənaətə gəliblər. Onlar müəyyən ediblər ki, süni şirinləşdiricilərlə hazırlanmış şəkərsiz qazlı içkilər adi limonadlardan daha təhlükəlidir.

Monash Universiteti, RMIT Universiteti və Viktoriya ştatının Xərçənglə Mübarizə Şurasının apardığı 14 illik tədqiqatda 40-69 yaş arasında 36 mindən çox insan iştirak edib. Nəticələrə görə gündə cəmi bir stəkan şəkərsiz içki 2-ci tip diabet riskini 38 faiz artırır. Müqayisə üçün bildirək ki, adi şirin qazlı içkilər bu riski 23 faiz artırır.

Tədqiqatçılar bildirirlər ki, bədən kütlə indeksi nəzərə alınsa belə, süni şirinləşdiricilərlə diabet arasında əlaqə qalır. Bu isə onların metabolizmə birbaşa təsir etdiyini göstərir.

Seçilən
10
3
azreform.info

4Mənbələr